İran və ABŞ arasında aprelin 10-da Pakistanın paytaxtı İslamadda danışıqlar başlayacaq.

Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurası açıqlama yayıb.

“Danışıqlar 10 aprel cümə günü İslamabadda Amerika tərəfinə tam etimadsızlıq şəraitində başlayacaq”, - deyə açıqlamada deyilir.

Açıqlamada danışıqların iki həftə davam edəcəyi, lazım gələrsə, müddətin uzadılacağı bildirilir.

.