İranın elan olunacaq müddətə qədər ölkə səmasını uçuşlar üçün bağlayıb.

Bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Məcis Əxəvan yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, verilən NOTAM-a əsasən ölkənin səması 6 saat müddətinə bağlanıb.

Qeyd edək ki, ötən saatlarda paytaxt Tehranda çoxlu sayda partlayışlar baş verib. İran mediası partlayışların raket hücumu nəticəsində baş verdiyini bildirir.

.