"Dailymail"in verdiyi məlumata görə, Rumıniyada ingiltərəli futbolçu baltalı hücuma məruz qalıb. Vilton Konnor adlı futbolçu Rumıniyada aşağı liqa klublarından "Salaj"da forma geyirdi.
Gənc futbolçu dostları ilə əylənərkən bir neçə rumınyalının hücumu ilə üzləşib. Əvvəlcə Konnorun avtomobilinə hücum edən şəxslər daha sonra da balta ilə onun başına vurublar. Başı yarılan futbolçu daha sonra xəstəxanaya aparılıb.
.