Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.

ING 2023-cü ilin ikinci rübü üzrə ümumdaxili məhsulun (ÜDM) artımını 0,6%, üçüncü rüb üzrə 3,2%, dördüncü rüb üzrə isə 3,4% müəyyən edib.

Ümumilikdə isə korporasiya 2023-cü il üzrə yekun iqtisadi artımı 1,9% proqnozlaşdırıb. ING hesab edir ki, 2024-cü ildə Azərbaycanda iqtisadi artım 2,5%, 2025-ci ildə isə 2,7% təşkil edəcək.

ING: Azərbaycan manatının məzənnəsi 2026-cı ilə kimi sabit qalacaq

Azərbaycan manatının məzənnəsi 2026-cı ilə kimi sabit qalacaq.

Bu barədə Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING-nin (Internationale Nederlanden Groep) qlobal iqtisadi proqnozunda bildirilib.

Korporasiya Azərbaycan manatının 2023, 2024 və 2025-ci illər üzrə ABŞ dolları qarşısında məzənnəsini üzrə proqnozunu 1.70 AZN müəyyən edib.

.