
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.
Fond 2025-ci il üzrə real ÜDM-in artımını 3%, 2026-cı il üzrə 2,5% müəyyən edib. Bu isə Fondun əvvəlki proqnozu ilə müqayisədə 0,5% bəndi azdır.
Beynəlxalq Valyuta Fondunun əvvəlki 2025-2026-cı illər üçün iqtisadi artım proqnozu müvafiq olaraq 3,5 % və 2,5 % təşkil edib.
İMF həmçinin hesab edir ki, ölkədə iqtisadi artım 2030-cu ildə də 2,5% civarında olacaq.
Qeyd edək ki, bu korrektələrdən sonra xarici maliyyə institutları arasında ən pozitiv iqtisadi artım proqnozudur.
IMF Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın inflyasiya proqnozunu açıqlayıb.
Fond Azərbaycanda orta illik inflyasiya 2025-ci il üzrə yenidən 5,7%, 2026-cı ildə 4,5% müəyyən edib.
Fond həmçinin, 2025-il üzrə illik inflyasiya proqnozunu 5,2%, 2026-cı il üzrə 4% proqnozlaşdırıb.
IMF hesab edir ki, 2026-2030-cu illər ərzində illik inflyasiyanın hər il 4 % səviyyəsində olacağı gözlənilir.
2025-2026-cı illərdə Azərbaycanda cari əməliyyatlar balansı profisitli olacaq
Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) profisiti üzrə proqnozunu açıqlayıb.
Fond 2025-ci üzrə CƏB-in profisiti 4,3%, 2026-cı il üzrə 2,3% təşkil edəcək.
IMF hesab edir ki, 2030-cu ildə ölkədə cari əməliyyatlar hesabı ÜDM-in 0,8%-i həcmində kəsiri olacaq.
.