
Qaz anbarlarının 90% dolu olması səbəbindən Avropa ölkələri çox güman ki, bu qışı az risklə keçirəcək.
Bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol hesab edir.
"Bu qış Avropa üçün risklər kifayət qədər azdır, çünki Avropanın qaz anbarları 90% doludur. Əgər gözlənilməz heç nə baş verməsə və qış soyuq və uzun sürməsə, Avropa onu keçirə biləcək. Lakin fevral-mart aylarında anbarlardakı ehtiyatlar 30%-dək enəcək və gələn qışa qədər onları 80-90%-ə çatdırmaq çox çətin olacaq. Avropa bu il hələ də Rusiya qazını alır, gələcəkdə çox güman ki, olmayacaq”, - Fatih Birol qeyd edib.
O, 2023-cü ildə maye qazın istehsalının azalacağını və onun əsas həcmlərinin Çin tərəfindən alınacağını istisna etməyib.
.