
2025-ci ilin yanvar-iyun aylarında icmal büdcənin gəlirləri 24357,9 milyon manat, xərcləri isə 19593,7 milyon manat icra olunub.
Bu barədə Maliyyə Nazirliyi xəbər verir.
Qeyd edilib ki, icmal büdcədə 4764,2 milyon manat büdcə artıqlığı (profisit) yaranıb. İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 3962,9 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 554,6 milyon manat və ya 16,3 faiz çox), xərcləri 3743,5 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 324,5 milyon manat və ya 9,5 faiz çox) olub.
İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri 121,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 33,7 milyon manat və ya 21,7 faiz az), xərcləri 84,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,4 milyon manat və ya 26,0 faiz çox) olub.
İcbari tibbi sığorta fondunun büdcəsinin gəlirləri 1253,8 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 82,5 milyon manat və ya 7,0 faiz çox), xərcləri 1015,4 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 219,9 milyon manat və ya 27,6 faiz çox) olub.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8815,9 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 427,0 milyon manat və ya 4,6 faiz az), xərcləri 7264,8 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 862,1 milyon manat və ya 13,5 faiz çox) olub.
Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 213,2 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 47,7 milyon manat və ya 18,3 faiz az), xərcləri 203,2 milyon manat (2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 milyon manat və ya 6,1 faiz çox) olub.
Xatırladaq ki, cari il üzrə icmal büdcənin gəlirləri 43 milyard 950.5 milyon manat, xərcləri 47 milyard 629.4 milyon manat proqnozlaşdırılır.