Türkiyəyə ilə yoldaşlıq görüşü keçirəcək İsveç millisi bu ölkəyə kapitan Zlatan İbrahimoviçsiz yollanacaq.

Bunu İsveç millisinin baş məşqçisi Erik Harmen deyib.

O, açıqlamasında 33 yaşlı hücumçunu sıx qrafikli oyunlardan sonra yormaq istəmədiklərini bildirib.

PSJ-nin forvardının son günlər Türkiyədə baş verən terror hadislərinə görə bu oyundan imtina etməsi haqda xəbərlər yayılmışdı. E.Harmen isə bunu təkzib edib.

Qeyd edək ki, Türkiyə-İsveç oyunu martın 24-də keçiriləcək.
.