Dünya Çempionatının "B” qrupunun ilk oyununda İspaniya Hollandiya ilə qarşılaşdı.
Yenizaman.az xəbər verir ki, oyun olduqca maraqlıdı alındı.
Qarşılıqlı hücumlarla başlayan ilk hissənin 27-ci dəqiqəsində hakimin təyin etdiyi müəmmalı penaltinin Xavi Alonso dəqiq yerinə yetirərək, İspaniya yığması hesabda irəli çıxardı.
Qarşılaşmanın 44-cü dəqiqəsində Robin Van Persi bəlkədə DÇ-nın ən gözəl qolunu vuraraq hesabı bərabərləşdirdi.
İlk hissə 1:1 hesabı ilə bitdi.
İkinci hissədə isə Hollandiya yığması ispanlara əsl futbol dərsi keçdi. Əvvəlcə 53-cü dəqiqədə Aryen Robben hesabı Hollandiyanın xeyirinə dəyişdi.
64-cü dəqiqədə Stefan de Vrey hesabı 3:1 etdi. 72-ci dəqiqədə İker Kasilyasın kobud səhvindən sonra Van Persi hesabı 4:1 etdi.
80-ci dəqiqədə isə Robben sürəti və texnikası sayəsində İspaniya müdafiəçilərini geridə qoyaraq oyunda son nöqtəni qoydu.
Hollandiya 5:1 İspaniya.
.