Azərbaycan və Fransa arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buşvalter ilə görüşü haqqında “X” hesabında məlumat verərkən bildirib.

“Fransalı həmkarım Bertrand Buşvalterlə onun Bakıya səfəri çərçivəsində məhsuldar görüş keçirdim. Ötən ay Prezident İlham Əliyev və Prezident Emmanuel Makron arasında baş tutmuş telefon danışığının xarakterinə uyğun olaraq, Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin hazırkı vəziyyətini və perspektivlərini nəzərdən keçirdik. Həmçinin regional proseslər və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq”, - Hikmət Hacıyev qeyd edib.

.