Pentaqonun Konqresdən İranla müharibə üçün istədiyi məbləğ dəyişə bilər.
Bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.
O, İrana qarşı əməliyyatların davam etdirilməsi üçün Konqresə fokuslandıqlarını bildirib.
Heqset deyib ki, “pis oğlanları” öldürmək üçün pul lazımdır: “Biz əmin olmalıyıq ki, normal şəkildə maliyyə ilə təmin olunuruq və gələcəkdə etməli olduğumuz işləri görmək üçün kifayət qədər maddi imkanımız var. Sursatlarımız yenilənməlidir, 200 rəqəmi dəyişə bilər”.
Qeyd edək ki, bundan əvvəl Müharibə Nazirliyi İranla savaşı maliyyələşdirmək üçün 200 milyard dollarlıq büdcə dəstəyi istəyib.
.
