ABŞ müdafiə-sənaye bazasını "hərbi vəziyyətə" keçirməyi planlaşdırır.

 "Al Jazeera"ya  xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset Konqresdə bildirib.

O, ABŞ Prezidenti Donald Trampın İranın nüvə silahına malik olmasının yolverilməzliyi barədə mövqeyini təsdiq edərək qeyd edib ki, ABŞ tərəfi Tehranla razılıq əldə etmək üçün dünyanın ən yaxşı müzakirəçilərini cəlb edib.

Heqset 2027-ci maliyyə ili üçün 1,5 trilyon dollar məbləğində müdafiə büdcəsinə dair Ağ Evin sorğusunu dəstəkləyərək bildirib ki, bu, vəziyyətin təxirəsalınmazlığını əks etdirir. Onun sözlərinə görə, Tramp ABŞ-nin hərbi-sənaye bazasını hərbi vəziyyətə keçirmək niyyətindədir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.

2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun çəkən müzakirələrdən sonra tərəflər görüşü razılıq əldə etmədən başa çatdırıblar.

Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. İran bildirib ki, Hörmüz Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlanıb. Regiondakı vəziyyət dünya enerji böhranına səbəb olub.

.