PSG-nin prezidenti Nasser Əl-Xəlafi maraqlı açıqlama ilə gündəmə gəlib.
Qətərli iş adamı "Real” Madridin hücumçusu Criştiano Ronaldo və "Barcelona”nın üzvü Leonel Messinin transfer edə biləcək qədər varlı olduqlarını bildirib:
"Biz həm Ronaldo, həm də Messini ala bilərik. Bu, faktı. Bizim klubda hər şey mümkündü.
Biz hər il qarşımıza Çempionlar Liqasını qazanmaq məqsədi qoyuruq. Lakin hələ alınmır. Amma üç mövsüm ard-arda 1/4 finala yüksəlməyin, özü bir uğurdu.
Növbəti illərdə yalnız Fransa yox, həm də Almaniya və İspaniya klubları üçün çətin olacaq. İngiltərə təmsilçiləri isə iqtisadi qüdrətini artırır”
.
