Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan Azərbaycandan 279 057,09 min ABŞ dolları dəyərində 1 558 505,37 ton qaz idxal edib.

Bu b arədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, hesabat dövründə Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 19 414,6 min dollaar və ya 6,5%, həcmi isə 64 477,09 ton və ya 3,97% azalıb.

Ötən ilin ilk 11 ayı ərzində Gürcüstan Azərbaycandan 298 471,69 min dollar dəyərində 1 622 982,46 ton qaz idxal edib.

Cari ilin yanvar-noyabr ayları ərzində Gürcüstanın qaz idxalının dəyəri illik ifadədə 4,4% artaraq 388 214,7 min dollara çatıb. Azərbaycan Gürcüstanın ümumi qaz tələbatının 71,88%-ni tədarük edib.

Gürcüstan Azərbaycandan neft idxalını kəskin artırıb

2023-cü ilin yanvar-noyabr ayları ərzində Gürcüstan Azərbaycandan 83 313,37 min ABŞ dolları dəyərində 96859,40 ton neft və neft məhsulları idxal edib.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 32 099,15 min dollar və ya 62,67%, həcmi isə 37 777,41 don və ya 63,94% artıb.

Ötən ilin 11 ayı ərzində Gürcüstan Azərbaycandan 51 214,22 min dollar dəyərində 59 081,99 ton neft və neft məhsulları idxal edib.

Bu il Gürcüstan ümumilikdə 1 053 007,8 min dollar dəyərində neft və neft məhsulları idxal edib ki, bu da illik ifadədə 14,7% azdır.

.