Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.

Amnistiyanın tətbiqi ilə həbs cəzası 5 il 3 ay müəyyən edilib.

Sabiq nazir 2004-cü ildə törədilmiş 19 yaşlı Buta Robakidzenin qətli ilə bağlı iş üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Okruaşvili həmin dövrdə Gürcüstanın daxili işlər naziri vəzifəsini tutub.

Həmin iş üzrə digər təqsirləndirilən Gürcüstanın keçmiş ədliyyə naziri Zurab Adeişviliyə isə bəraət verilib.

Müdafiə tərəfi məhkəmənin qərarından Apellyasiya Məhkəməsinə şikayət etmək niyyətindədir.

Qeyd edək ki, Okruaşvili bu ilin iyulunda 8 ay müddətinə həbs olunub. O, Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham edilib.

Xatırladaq ki, Okruaşvili Gürcüstanın müdafiə naziri postunu 2004-2006-cı illərdə tutub.
 

.