Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 193 nəfər təşkil edir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin iyun ayı üzrə hesabatında bildirilib.

Həmin şəxslərin 56-sı kişi, 5-i qadın olmaqla 61-i ittiham edilən, 114-ü kişi, 18-i qadın olmaqla 132-si məhkumdur.

Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 79 nəfərə bərabərdir. Onların 70-i kişi, 9-u isə qadındır.

Qonşu ölkədə həbs cəzası çəkən əcnəbilərin ümumi sayı 1830 nəfərdir. Onların arasında Türkiyə (504 nəfər), Rusiya (216 nəfər) və Ukrayna (210 nəfər) vətəndaşları ilk üçlükdədir. Probasiya nəzarətində isə 47 ölkənin 725 vətəndaşı saxlanılır.

.