Goranboyda oğlunu bıçaqlayaq qətlə yetirən ata saxlanıb.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E. Aslanovu qətlə yetirməkdə şübhəli bilinən 57 yaşlı Şahin Aslanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Goranboyda atası tərəfindən qətlə yetirilən şəxsin kimliyi məlum olub.

Qətlə yetirilən 1993-cü il təvəllüdlü, 33 yaşlı Elvin Aslanovdur.

İlkin məlumata əsasən, Goranboy şəhər sakini, 1969-cu il təvəllüdlü Ş.Aslanov münaqişə zəminində yaşadığı evdə oğlu E.Aslanova kəsici alətlə xəsarətlər yetirib. Aldığı xəsarətlərdən E.Aslanov hadisə yerində ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
 

.