Gəncə şəhərində avtomobil yolu ilə hərəkət edən piyadanı maşın vurub. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə saat 22 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Şəhər sakini, 1984-cü il təvəllüdü Cəfərov Mahmud idarə etdiyi "Mercedes” markalı avtomobillə prospektdə avtomobil yolu ilə hərəkət edən, 1983-cü il təvəllüdlü Səbuhi Seyidovu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
.