Futbolunda növbəti qeyri-adi hesab qeydə alınıb.
Qol.Az-ın məlumatına görə, Estoniya Kubokunun 1/16 final mərhələsində keçirilən "Flora” (Tallin) – "Retro” görüşündə qapılara 17 qol vurulub.
Meydan sahibləri rəqib qapısından 17 cavabsız top keçirib. Qolların 8-i ilk, 9-u isə ikinci hissədə vurulub. 17 qolu 9 futbolçu vurub.
Qeyd edək ki, "Flora” Estoniya Çempionatının yüksək liqasında I pillədə qərarlaşıb. "Retro” isə III liqada mübarizə aparır.
.