FİFA futbol qaydalarında dəyişiklik etməyə hazırlaşır Yeni dəyişikliyə görə, baş məşqçilər hər hissədə hakimin qərarlarına 2 dəfə etiraz edə biləcəklər.
FİFA-nın prezidenti Cozef Blatter deyib ki, məşqçi hakimin qərarına yalnız oyun dayandığı zaman etiraz edə biləcək.
Hakim və məşqçi meydanın kənarında quraşdırılacaq monitor vasitəsi ilə mübahisəli epizodlara baxacaqlar və hakim istəsə, qərarını dəyişəcək.
Bu yeniliyin ilk dəfə gələn il Yeni Zelandiyada 20 yaşadək futbolçular arasında keçiriləcək dünya çempionatında tətbiq edilməsi nəzərdə tutulur. (Azadlıq radiosu)
.
