Nigeriyalı futbolçu Harrison Çinedu başında futbol topu tutaraq velosipedlə 103 kilometr yol qət edib. 

AzNews.az xəbər verir ki, gəzintinin video fraqmenti "France-Presse” agentliyinin "Twitter” səhifəsində yerləşdirilib. 

"Mən belə bir rekord müəyyənləşdirdim və sevinirəm ki, o mənə məxsus olacaq. Nailiyyət yoxlanılması üçün Ginnesin rekordlar kitabına göndərilib. Nəticələri gözləyirik”, -deyə Çinedu bildirib. 

2016-cı ilin martında Çinedu başqa bir dünya rekorduna imza atıb. Futbolçu başında top saxlamaqla 48,04 kilometr yolu piyada gedib.





.