MDB xüsusi xidmət orqanlarına "Taliban" nümayəndələri ilə antiterror və narkotiklərə qarşı mübarizə məsələlərində daha fəal əməkdaşlıq etmək lazımdır.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Səmərqənddə keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 57-ci iclasındakı çıxışı zamanı bildirib.

"Əfqanıstan xüsusi xidmət orqanları ilə tam formatlı əməkdaşlığı daha fəal şəkildə qurmağı məqsədəuyğun hesab edirik. Əfqanıstanda vəziyyətin normallaşması ümumi maraqlarımızdadır", - o qeyd edib.

A.Bortnikov vurğulayıb ki, antiterror xəttindən əlavə, Rusiya narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində "Taliban" ilə əməkdaşlığın inkişafını vacib sayır.

O əlavə edib ki, narkotrafikə qarşı mübarizə üzrə birgə işə Kabildəki həmkarlarımızı fəal şəkildə cəlb etmək lazımdır.

.