Estoniya “aktiv müdafiə” adlandırılan proqram çərçivəsində qoşunlarını Rusiya sərhədinə doğru fəal şəkildə yerləşdirir.
Bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, Estoniya hərbçiləri şərq sərhədinə, o cümlədən ölkənin dərinliklərinə zərbələr endirməyə imkan verən silahlar da yerləşdirirlər.
Bununla yanaşı, Estoniya rəhbərliyi hesab edir ki, Rusiya ən azı yaxın iki il ərzində NATO ölkələri ilə genişmiqyaslı müharibə istəmir.
.
