Braziliyada Liberal Partiyanın namizədi senator Flaviu Bolsonaru və hazırkı ölkə başçısı Luis İnasio Lula da Silva prezidentlik uğrunda seçkilərin ikinci turunda mübarizə aparacaqlar.

Müvafiq statusu protokolların 97,36 %-nin işlənməsi yekunlarına əsasən Braziliyanın Ali Seçki Məhkəməsi təsdiq edib.

Məlumata görə, senator Flaviu Bolsonaru 47,42 % (55 038 846 səs) ilə birinci yeri tutur, Lula da Silva isə 44,70 % (51 886 308 səs) toplayıb.

Namizədlərin heç biri 50 %-lik səs həddini keçmədiyi üçün qalib oktyabrın 25-nə təyin edilmiş səsvermənin ikinci turunda müəyyənləşəcək.

.