Pekində səfərdə olan Almaniya Kansleri Fridrix Merts və Çinin Baş naziri Li Tsyan beş hökumətlərarası saziş imzalayıb.

Bu barədə "Die Zeit" nəşri məlumat yayıb.

"Tərəflər iqlim dəyişikliyi və heyvan xəstəlikləri ilə mübarizədə əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılığa gəliblər. Həmçinin futbol və stolüstü tennis assosiasiyaları arasında sazişlər imzalanıb", - məlumatda bildirilib.

Merts görüşdə Almaniyanın Çinlə iqtisadi əlaqələri dərinləşdirmək niyyətində olduğunu qeyd edib.

Li isə öz növbəsində, azad ticarətin və çoxtərəfliliyin qorunması üçün Almaniya ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

"Çin və Almaniya böyük təsirə malik iki mühüm ölkə olaraq əməkdaşlığa inamımızı möhkəmləndirməli, birlikdə çoxtərəfliliyi və azad ticarəti qorumalı, daha ədalətli və vicdanlı qlobal idarəetmə sisteminin qurulması üçün çalışmalıdır", - o bəyan edib.

.