Fransada dövlət sektoru işçilərinin etiraz aksiyası zamanı bir sıra orta məktəblər bloklanıb və ya bloklanma cəhdlərinə məruz qalır. Bir həftə ərzində 180 təhsil müəssisəsi bloklanıb.

Bu barədə Fransa mediası məlumat yayıb.

Yerli medianın məlumatına görə, müəllimlərin, tibb işçilərinin, vergi müfəttişlərinin, bələdiyyə və regional xidmət əməkdaşlarının, eləcə də yanğınsöndürənlərin iştirakı ilə ölkədə 160 nümayiş planlaşdırılıb. Əsas tələb geri qayıdan inflyasiya şəraitində əməkhaqqının artırılmasıdır.

Etirazçılara müəllim və işçi heyəti çatışmazlığı probleminin həllini tələb edən və siniflərdə şagird sayının həddindən artıq çox olmasına qarşı çıxan məktəblilər də qoşulub.

Təkcə Parisdə ən azı 10 orta məktəb bloklanıb. Paris regionunda ümumilikdə 28 orta məktəb bloklanıb və bu proses ölkənin digər ərazilərinə də yayılıb. Nitsa, Marsel və Lildə də məktəblər bloklanıb.

Bəzi məlumatlara görə, təxminən 10 məktəbli, 8 təhsil işçisi və 12 güc strukturu əməkdaşı xəsarət alıb.

Minaatanlardan atəş açıldığı və hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf mərmilərin atıldığı, həmçinin zibil qutularının yandırıldığı bildirilir. 14 nəfər saxlanılıb.

.