
Son günlərdə Fransa prezidenti Emanuel Makronun erotik romanın müəllifi olması mətbuatda müzakirə olunmağa başlayıb.
Qərb KİV-ləri E.Makronun 16 yaşı olarkən erotik roman yazdığını deyirlər. Bu barədə məlumatı "Le Parisyen” nəşrinə prezidentin uşaq vaxtı qonşusu olan xanım verib. O bildirib ki, 1993-cü ildə gələcək prezidentin 300 səhifəlik əlyazmasını çap edib.
Mətbuatda "cəsur, amma bir az əxlaqsız roman” kimi qələmə verilən bu əsərdə prezident öz həyat yoldaşı ilə münasibətini qələmə alıb. Fransanın birinci xanımı Bricit Makron həyat yoldaşından 24 yaş böyükdür.
E.Makron 16 yaşı olarkən müəllimi olan Bricitə aşiq olub, daha sonra isə evləniblər.
.