FİFA, "Barcelona"ya ağır cəza tətbiq edib. Belə ki, 18 yaşdan kiçik futbolçuların transferində qanunsuzluğa yol verməsinə görə iki transfer dönəmində heç bir futbolçunu heyətinə qata bilməyəcək.
"Barselona"ya, 14 ay transfer qadağası qoyulub. Kataloniya təmsilçisi, 2015-ci il yaz transfer dövrünə qədər oyunçu alıb- sata bilməyəcək. Klub, 305 min sterlinq dəyərində cərimələnib.
İspaniya Futbol Federasiyasına isə bu qaydalara riayət etmədiyi üşün 340 min sterlinq pul cəzası tətbiq olunub.
Qeyd edək ki, klubun baş məşqçisi Dada Martino, bir müddət əvvəl "Barselona" rəhbərliyinə geniş siyahı təqdim edərək bir çox oyunçunun transferini istəmişdi.
Bundan əlavə qapıçı Viktor Valdesin zədələnməsindən sonra transfer etmək istədiyi "Mönchengladbach"ın qapıçısı Andre ter Ştegeni transfer edə bilməyəcək.
"Barselona" rəhbərliyi həmçinin klubla müqaviləsi bitən heç bir futbolçu ilə də müqavilə yeniləyə bilməz.
.