
“Məcburi köçkünlərin yurdlarına geri qayıtması ilə bağlı sorğunun nəticələri mənə təqdim edilmişdi. Geri qayıtmaq istəyənlərin faizi çox yüksəkdir”.
Bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəz və BMT-nin Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qadın, sülh və təhlükəsizlik: Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu” mövzusunda konfransda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirib.
F. Şəfiyev deyib ki, geri qayıtmaq istəyən məcburi köçkünlər arasında qadınlar çoxluq təşkil edir.
.