Hörmüz boğazının bağlanması nəticəsində yaranan enerji böhranının miqyası misilsizdir.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fateh Birol Fransanın “Le Figaro” qəzetinə müsahibəsində bildirib.
“Dünya indiyədək bu səviyyədə enerji təchizatı kəsintisi ilə üzləşməyib. Mövcud böhran 1973, 1979 və 2002-ci illərin böhranlarının cəmindən daha ciddidir”, - Fateh Birol bildirib.
Böhranın coğrafi təsirlərini şərh edən Fateh Birol qeyd edib ki, Avropa, Yaponiya və Avstraliya ciddi çətinliklərlə üzləşəcək. Bununla yanaşı, əsas riskin inkişaf etməkdə olan ölkələr üzərində cəmləşdiyini vurğulayıb.
Fateh Birolün sözlərinə görə, enerji qiymətlərindəki kəskin artım artıq ərzaq bazarlarına təsir göstərərək qlobal inflyasiya təzyiqlərini gücləndirir. Bu şəraitdə aşağı gəlirli iqtisadiyyatlar “ikiqat şok” qarşısında xüsusilə həssas vəziyyətdə qalır.
.
