"Sampdoria” klubu "Everton”da çıxış edən Samuel Eto’onu öz heyətinə qatıb. Futbolçu ilə 2.5 illik müqavilə imzalayıb. Kamerunlu hücumçunun illik gəliri isə 1.5 milyon avro olacaq.
Qeyd edək ki, Eto’o karyerası ərzində İspaniyanın "Leganes”, "Real Madrid”, "Mallorca”, "Barcelona”, İtaliyanın "İnter”, Rusiyanın "Anzhi”, İngiltərənin isə "Chelsea” və "Everton” klublarında çıxış edib.
Professional karyerası ərzində çıxdığı 627 rəsmi matçda 308 qol vurub.
.