“Azad olunmuş ərazilərdə quruculuq işləri aparılır, o cümlədən də təhsil sahəsində”.

Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.

Onun sözlərinə görə, Zəngilanda yeni tədris ili başlayanda Ağalı kənd məktəbi fəaliyyətə başlayıb:

“Qarabağın digər rayonlarında, Şuşada, Ağdamda, Cəbrayılda yeni məktəblər tikilir. Bunu bizə bəxş edən şəhidlərimizdir”.

Nazir müavini qeyd edib ki, azad olunmuş ərazilərdə 600-ə yaxın mədəniyyət, 1000-ə yaxın tədris müəssisəsi dağıdılıb.

.