
Martın 21-də İslamabadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin 48-ci iclası keçiriləcək.
Bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee mətbuat brifinqində deyib.
O bildirib ki, bu iclas Pakistanın Milli Günü ilə üst-üstə düşür.
Səfirin sözlərinə görə, Azərbaycan XİN başçısı Ceyhun Bayramov da iclasa dəvət olunub.
“Regionda və qlobal səviyyədə ciddi hadisələr baş verir. İslamofobiya və korrupsiya ilə mübarizə, Əfqanıstanda humanitar böhran iclasın gündəliyində olan əsas mövzulardır”, - diplomat vurğulayıb.
Bilal Hayee əlavə edib ki, İƏT çərçivəsində Təmas qruplarının (Cammu və Kəşmirlə bağlı, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı) da iclası olacaq.
.