Ötən gün, Ermənistan Futbol Federasiyasının (EFF) prezidenti Ruben Ayrapetyanın ölkəni tərk etdiyi məlum olub. Vurğulanır ki, Ayrapetyan İstintaq Komitəsində Smbat Akopyanın döyülməsi işi üzrə dindirildikdən sonra Ermənistanı tərk edib.
Bu barədə azvision.az Ermənistanın "Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir.
Qəzet yazır ki, İstintaq Komitəsi Ayrapetyanın dindirilməsi faktını təsdiqləyib. "Bizim mənbələrimiz burğulayır ki, Ayrapetyan müalicə məqsədilə noyabrın ikinci yarasında ölkəni tərki etmək niyyətində olub. Lakin son anda məlum olub ki, o, atası və həyat yoldaşı ilə birgə ölkəni tərk edib”, - deyə nəşr yazıb.
Qeyd edək ki, sentyabrın 21-də Abovyan küçəsində amansızcasına döyülən Smbat Akopyan bu işin arxasında Ruben Ayrapetyanın durduğunu bildirmişdi.
