Futbol üzrə Ermənistan çempionatı çətin vəziyyətlə üzləşib. "Report"un məlumatına görə, "Uliss" klubunun maliyyə problemləriylə əlaqədar yarışdan çəkilməsindən sonra 7 komanda qalıb. 
UEFA qaydalarına əsasən, ölkənin yüksək liqasında ən azı 8 komanda mübarizə aparmalıdır. Hazırda Ermənistan Futbol Federasiyası çıxış yolunu tapmağa çalışır. Lakin I Liqadakı heç bir komanda elitada çıxış etməyə qadir deyil. 
Qeyd edək ki, Ermənistan çempionatı martın 2-də start götürəcək.
.