
Həbsdə olan arxiyepiskop Baqrat Qalstanyan bir qrup şəxsə qarşı təhqir və böhtan ittihamı ilə məhkəməyə müraciət edib.
“Report”un erməni KİV-inə istinadən verdiyi məlumata görə, onların arasında siyasətçilər, məmurlar və ictimai xadimlər var.
Din xadimi ən böyük kompensasiyanı deputat Vaaqn Aleksanyandan - 9 milyon dram (təxminən 23 min dollar) tələb edir.
Səhiyyə naziri Anait Avanesyan, "Respublika" partiyasının lideri Aram Sarkisyan və onun partiya yoldaşları Ani Xaçatryan və Hayk Saakyan hər biri 3 milyon dram (7500 dollar) tələb olunur. İctimai xadimlər Arutyun Mkrtçyan və Stepa Safaryana qarşı da məhkəməyə müraciət edilib.
.