Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Kılıç bu barədə “X” hesabında paylaşım edib.

Görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi, Türkiyə-Ermənistan normallaşma prosesi, Cənubi Qafqazda həyata keçiriləcək layihələr, regional sabitlik və təhlükəsizlik məsələləri, həmçinin Avropa İttifaqının regiona yanaşması müzakirə olunub.

Eyni zamanda, Cənubi Qafqazda davamlı sülhün, sabitliyin və əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylərin əhəmiyyəti vurğulanıb.

.