Türkiyəsiz Avropada dayanıqlı təhlükəsizlik sistemi mümkün deyil.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Efiopiyadan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Avropanın müdafiə və təhlükəsizlik mexanizmlərinə Türkiyənin daxil edilməsinin vaxtı çoxdan çatıb.
“İllərdir deyirik ki, Türkiyə Avropa İttifaqına mühüm töhfələr verə bilər. Dünya sürətlə dəyişir. Türkiyəni kənarda saxlamaq məntiqli deyil. Avropada yeni müdafiə sistemi qurulacaqsa, bunun Türkiyəsiz yetərli olmayacağı aydındır. Türkiyə ordusu NATO-nun ən güclü ordularındandır və biz təkcə masa arxasında yox, meydanda da öz gücünü göstərən dövlətik. Diplomatiya qapısı açıq olduğu müddətcə ümid var. Biz də bu ümidimizi qorumağa davam edəcəyik”, - Ərdoğan qeyd edib.
.
