Türkiyəyə işgüzar səfərə gələn Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın müzakirə edəcəyi məsələlər bəlli olub.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran məlumat yayıb.
O bildirib ki, İstanbulda keçiriləcək görüşlərdə Ukrayna ilə ikitərəfli gündəmdə olan məsələlər, regional hadisələr, həmçinin İstanbul Prosesi başda olmaqla atəşkəsin təmin edilməsi və davamlı həll yollarına yönəlmiş səylərin müzakirə olunması nəzərdə tutulur.
.
