Suriyada davamlı sülhün və sabitliyin yol xəritəsi artıq müəyyən edilib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının iclasında bildirib.
Ərdoğan qeyd edib ki, Suriyanın təbii sərvətlərinin artıq Suriya xalqının rifahına xərclənməsinin vaxtı çatıb. Onun sözlərinə görə, prosesin dayanmaması üçün Türkiyə üzərinə düşən bütün addımları atır.
Türkiyə Prezidenti vurğulayıb ki, tərəflər bu reallığı dərk edərək yanlış hesablamalar aparmamalı, köhnə səhvləri təkrarlamamalı və maksimalist tələblərlə prosesi zəhərləməməlidirlər:
“Artıq Suriyanın resurslarının, yeraltı və yerüstü zənginliklərinin tunel tikintisinə, şəhərlərin altında tunel qazılmasına deyil, Suriya xalqının bütün təbəqələrinin rifahına sərf olunmasının vaxtı çatıb”, – Ərdoğan qeyd edib.
.
