
Azərbaycan-Ermənistan əlaqələri ilə Türkiyə-Ermənistan normallaşma prosesi bir-birini dəstəkləyərək inkişaf edə bilər.
“Anadolu” verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, hamının bu tarixi fürsəti dəyərləndirmək üçün konstruktiv davranması lazımdır.
Türkiyə Prezidenti qeyd edib ki, bütün bu proseslər, bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycanla yaxın şəkildə koordinasiya ediləcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşmasından danışıb.
“Anadolu” verdiyi xəbərə görə, o bildirib ki, Ermənistan, xüsusi nümayəndələrlə başlayan prosesi davam etdirməkdə qətiyyətli olsa, Türkiyə üçün sərhədlərin bağlı qalması söhbət mövzusu deyil.
.