Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan başladığı əməliyyatı başa çatdırdığını bildirir. İndi əməliyyatı bitib və yenidən hərəkətə keçməyin mənası yoxdur.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan səfərindən sonra jurnalistlərə açıqlamasında bildirib.

O, Prezident İlham Əliyevdən aldığı məlumata görə, indi Azərbaycanın öz təhlükəsizliyini tam təmin etdiyini bildirib.

“Burada Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi və əvvəllər götürdüyü öhdəliklərə uyğun hərəkət edərək, mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi mühüm əhəmiyyət kəsb edir. Arzumuz regionumuzda aparılan normallaşma proseslərini uğurla başa çatdırmaq, regional sülh və sabitliyi daimi olaraq təmin etməkdir”, - deyə o vurğulayıb.

.