Döyüş meydanında güclü olmadan, danışıqlar masası arxasında nəyəsə nail olmağın çətinliyi ortadadır. Azərbaycan torpaqlarının işğaldan azad olunması bunun bariz nümunəsidir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında deyib.

O qeyd edib ki, 30 il davam edən işğal və soyqırımı siyasəti qarşısında beynəlxalq ictimaiyyət heç bir addım atmayıb.

Türkiyə Prezidenti: Paşinyanla çox konstruktiv telefon danışığı apardıq

Qurban bayramında Ermənistan Baş naziri Nikol Paşinyanla çox konstruktiv telefon danışığı apardıq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-cü Səfirlər Konfransında bildirib.

"Ermənistanın prosesləri doğru qiymətləndirərək Azərbaycan və Türkiyənin səmimi çağırışlarına qarşılıq verməsi ilə bölgəmizin sabitliyə qovuşacağına inanıram", - Ərdoğan vurğulayıb.

.