İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanından olan həmkarı Feysəl bin Fərhan Əl Səud ilə telefonla danışıb.

Bu barədə A. Əraqçinin "Telegram" kanalında məlumat paylaşılıb.

Məlumata görə, telefon danışığında son regional hadisələr və diplomatik proseslər müzakirə edilib.

"Söhbət zamanı A. Əraqçi regiondakı cari vəziyyətin müxtəlif aspektlərini, xüsusilə də atəşkəslə bağlı hadisələri izah edərək Tehranın müharibənin dayandırılmasına və gərginliyin azaldılmasına yönəlmiş son səyləri və diplomatik addımları barədə səudiyyəli həmkarına məlumat verib", - məlumatda vurğulanıb.

.