ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi İranın raket ehtiyatları və onun buraxılış imkanları ilə bağlı yanlış məlumat verir.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X”-də yazıb.

O bildirib ki, İranın raket ehtiyatları və buraxılış qurğularının imkanları 28 fevralla müqayisədə 75 faiz səviyyəsində deyil, düzgün rəqəm 120 faizdir.

“İranın raket ehtiyatları və buraxılış qurğularının imkanları 28 fevralla müqayisədə 75 faiz səviyyəsində deyil, düzgün rəqəm 120 faizdir. Xalqımızı müdafiə etməyə hazırlığımız isə 1000 faizdir”, - Əraqçi qeyd edib.

XİN rəhbəri onu da qeyd edib ki, hər dəfə diplomatik həll masada olduqda, ABŞ düşünülməmiş hərbi avantüraya əl atır.

.