Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə könüllülük təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfərləri təşkil olunub.

Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Emin Yusifov verdiyi açıqlamada bildirib ki, bu gün Ağdama təşkil olunmuş səfər Azərbaycan Respublikasının gənclər fondu və Azərbaycan könüllülər təşkilatı ittifaqı təşkil olunub:

“Ağdamın girişindən şəhər mərkəzinə çatana qədər erməni terrorunun şahidi olduq. Şəhərə nə qədər ziyan verdiklərini gördük. Tarixi abidələri necə məhv etdiklərini, Xurşidbanu Natəvanın qəbrini dağıtdıqlarının şahidi olduq. Amma çox sevincli, qürurluyuq ki, qalib Azərbaycan ordusunun, qalib Azərbaycan dövlətinin vətəndaşıyıq”.

Emin Yusifov onu da bildirib ki, bu gün biz bura qürurlu gəlirik və öz torpaqlarımızda gəzirik:

“Bu sevinci bizə yaşadan Ali Baş Komandana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürümüzü bildiririk. Ümid edirik ki Ağdam işğaldan əvvəlkindən daha böyük, daha gözəl bir şəhər olacaq. Bü günkü səfərdə 34 könüllü təşkilatdan 34 nəfər iştirak edir. Hər təşkilatdan 1 nəfər. Ölkə başçısının gənclər siyasətindən Azərbaycan gəncliyi səmərəli istifadə edə bilir. İstər ölkə daxilində gənclərin təhsil alması, işlə təmin olunması, istər də xarici ölkələrdə dövlət hesabına təhsil alması buna bariz nümunədir”.

.