İşğaldan azad edilmiş ərazilərdə bütün bərpa və reabilitasiya prosesini 3 əsas mərhələyə bölmək olar. Birinci mərhələni 2026-cı ilə qədər yekunlaşdırmaq niyyətindəyik.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

“Burada əsas hədəflərimiz Füzuli və Ağdamın iki şəhər mərkəzini və 32 kəndi yenidən qurmaqdır. İlk mərhələdə 66 minə yaxın keçmiş məcbur köçkün soydaşımız yeni evlərinə qayıda biləcək”, - o bildirb.

Emin Hüseynov: “Qarabağda 150 min iş yerinin yaradılmasını təmin edəcəyik”

“Hazırda əsas məsələ azad olunmuş ərazilərdə turizmin inkişaf etdirilməsidir”.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Emin Hüseynov bildirib ki, Qarabağ öz zəngin təbiəti ilə Azərbaycanın zəngin tarixi, mədəni və strateji əhəmiyyətli bölgələrindən biridir: “Qarabağın turizm potensialından istifadə etmək yalnız 3 əsas amil nəzərə alınmaqla mümkündür. Birincisi, ərazidə təhlükəsizliyin təmin edilməsi, ikincisi, infrastruktur yaradılması və üçüncüsü əhalinin geri qayıtması. Ağdam və Füzulidə Zəfər və açıq hava altında işğal muzeyimiz olacaq. Hazırda Füzuli meşə parkı və Ağdam meşə parkının müfəssəl layihə planı hazırlanma mərhələsindədir. Biz azad olmuş ərazilərdə bütün infrastrukturu təmin etməklə yanaşı əhalinin qayıtmasını da təmin edəcəyik. Bu qayıdış xarici turistlər arasında da regionun təhlükəsiz olması ilə bağlı böyük güvən hissi yaradacaq. Təbii ki, vətəndaşımızın qayıdışını təmin edəcək əsas amillərdən biri iş yerlərinin yaradılmasıdır. Təkcə Qarabağda 150 min iş yerinin yaradılmasını təmin edəcəyik”.

Azad olunan torpaqlarda ilk turizm məqsədli mərkəz Suqovuşanda formalaşdırılır

Son 6 il ərzində Naftalanda sağlamlıq turizmi potensialının inkişaf etdirilməsi üçün investisiya qoyuluşunda güzəştlərin tətbiqi ilə həm yeni infrastrukturun yaradılması, həm də mövcud infrastrukturun bərpası və yenidən qurulması istiqamətində irimiqyaslı işlər aparılıb.

Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni rellıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O bildirib ki, pandemiya dövrü istisna olmaqla, son illərdə Naftalanda müalicəvi xidmətlərdən və sağlamlıq turizmindən istifadə edənlərin dinamikasına baxsaq, həm yerli, həm də xarici turistlərin sayının artmasını müşahidə edə bilərik.

"Naftalan şəhərində olan sanatoriya və hotel kateqoriyasına aid edilən 15-dək yerləşmə məkanı var ki, onların da ümumi nömrə fondu 1800-ə yaxındır".

Fuad Nağıyev onu da qeyd edib ki, işğaldan azad olunan torpaqlarımızda ilk turizm məqsədli mərkəz Suqovuşanda formalaşdırılır.

"Bu turizm mərkəzinin yaradılması Naftalanda turizmin inkişafı üçün də əhəmiyyət kəsb edir. Belə ki, ötən il təməli cənab Prezident tərəfindən qoyulan, hazırda icra mərhələsində olan Suqovuşan turizm kompleksinə məsafə baxımından yaxınlıq Gəncə ilə yanaşı, həm də Naftalandan oraya turist səfərlərinin təşkil olunacağını deməyə əsas verir.

Əlbəttə, Naftalandan Suqovuşana turist səfərlərinin təşkili əlavə biznes sahələrinin yaradılmasına öz müsbət təsirini göstərəcəkdir. Naftalan – Talış – Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi regionun turizminin inkişafında mühüm amil hesab edilir. Sözügedən yol infrastrukturunun Naftalana gələn turistlərin Suqovuşana səfərinin asanlaşması və qısa müddətli turist səfərlərinin təşkilini mümkün edəcəkdir".

2025-ci ilədək azad olunmuş ərazilərə 1 milyona yaxın turistin səfəri gözlənilir

“Azad olunmuş ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfəri gözlənilir. Bu isə daha böyük perspektivlərdən xəbər verir”.

Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Emin Hüseynov bildirib ki, bölgədə turizmin müxtəlif növlərinin inkişafı təmin ediləcək: “Qarabağın inkişafı və bərpası, o cümlədən bölgənin turizm potensialının düzgün reallaşdırılması bundan sonra hər birimizin qarşısında şərəfli və məsuliyyətli missiya olaraq qalır. Qeyd olunan işlərin icrasında nəinki dövlət qurumları, o cümlədən hər bir vətəndaşımız, xaricdə yaşayan azərbaycanlılar səfərbər olmalıdır".

 

.