İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ABŞ ilə danışıqlar aparılmayacağını bəyan edib.
Yenizaman TASS-a istinadən xəbər verir ki, siyasətçi açıqlamasını sosial şəbəkə platforması X üzərindən paylaşıb.
“Biz ABŞ ilə danışıqlar aparmayacağıq”, – deyə Laricani bildirib.
O, bu fikirləri The Wall Street Journal qəzetində dərc olunmuş məqaləyə münasibət bildirərkən səsləndirib. Həmin məqalədə Laricaninin Oman vasitəsilə Vaşinqtonla diplomatik məsləhətləşmələrin bərpası üçün təşəbbüs göndərdiyi iddia olunurdu. İran rəsmisi isə bu məlumatları təkzib edib.
.
