“Bura ruhlar məkanıdır, ermənilər burada hər şeyi tamamilə məhv ediblər”.

Bunu Ağdama səfər edən İslamabad Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Əkrəm deyib.

“Hər şey – Ağdam məscidi, muzey məhv edilib. Beynəlxalq ictimaiyyət bunu görməlidir. BMT Ermənistanın son 27 ildə törətdiyi hərbi cinayətləri diqqətə almalıdır”, - o bildirib.

Ekspert həmçinin minalanmış ərazilərin xəritəsini Azərbaycana vermədiyinə görə Ermənistan tərəfini qınayıb: “Məhz buna görə bura çox təhlükəlidir. Beynəlxalq ictimaiyyəti bu məsələdə Ermənistana təzyiq göstərməyə çağırıram”.

.