Əfqanıstanda 5,4 bal gücündə güclü zəlzələ baş verib.
Yenizaman xarici KIV-ə istinadən xəbər verir ki, bu barədə Avropa‑Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) rəsmi saytında dərc olunub.
Məlumata görə, yeraltı təkanlar Moskva vaxtı ilə saat 15:12-də Tacikistanla sərhəd yaxınlığında baş verib.
Zəlzələnin episentri Əfqanıstanın Bədəxşan regionunda, Tacikistanın İşkaşim kəndindən 26 kilometr şimal-qərbdə yerləşib. Zəlzələ ocağı 104 kilometr dərinlikdə qeydə alınıb.
Qeyd olunur ki, təkanlar qonşu Özbəkistan və Pakistanda da da hiss olunub.
.
